Bank Of Baku

Tramp Putinlə görüşü mümkün hesab etdiyini deyib

Tramp Putinlə görüşü mümkün hesab etdiyini deyib
# 07 fevral 2025 23:45 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşün mümkünlüyünə inanır və aralarındakı münasibətlərin yaxşı olfuğunu deyir.

APA xəbər verir ki, Tramp bunu Vaşinqtonda Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşü zamanı Ukrayna böhranına münasibət bildirərkən deyib.

"Bizim həmişə yaxşı münasibətimiz olub. Prezident Putinlə mənim hər zaman yaxşı münasibətimiz olub. Ona görə də baş verənlərə görə çox kədərlənirəm. Mən 2016-cı il ABŞ seçkilərindən sonra prezident olsaydım, bu heç vaxt baş verməzdi. Bunun baş verməsi ayıbdır”, - o bildirib.

Putinlə şəxsən görüşmək niyyətində olub-olmaması ilə bağlı suala Tramp “Ola bilər, mümkündür”, - deyə cavab verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR