Bank Of Baku

Tramp Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp - Rusiya prezidenti Vladimir Putin

© APA | ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp - Rusiya prezidenti Vladimir Putin

# 14 yanvar 2025 10:48 (UTC +04:00)

“Rusiya Prezidenti Vladimir Putinlə mümkün qədər tez bir vaxtda görüşmək istəyirəm”.

APA xəbər verir ki, bunu “Newsmax” telekanalına müsahibəsində ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp bildirib.

Trampın sözlərinə görə, bunun üçün ilk növbədə vəzifəsinin icrasına başlamalıdır:

“Mən bilirəm ki, o da mənimlə görüşmək istəyir. İstərdim ki, bu görüş mümkün qədər tez baş tutsun. Lakin əvvəlcə gərək mən prezident vəzifəsini yerinə yetirməyə başlayım”.

Qeyd edək ki, D. Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək Mayk Uolts D. Trampla V. Putin arasında telefon danışığının yaxın vaxtlarda baş tuta biləcəyini istisna etməyib.

Bu arada, bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kreml rəhbərinin ABŞ-nin yeni rəhbəri ilə qeyd-şərtsiz görüşməyə hazır olduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR