Ermənistanın sabiq baş naziri: Konstitusiya islahatları çevrilişə gətirib çıxaracaq

Ermənistanın sabiq baş naziri: Konstitusiya islahatları çevrilişə gətirib çıxaracaq
# 25 iyul 2015 04:57 (UTC +04:00)

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın sabiq baş naziri deputat Qrant Baqratyan bildirib.

“Hökumət islahatlar təklif etməklə hansı məsələləri həll edir?” sualına Baqratyanın cavabı belə olub: “Hesab edin ki, özlərinin təkrar istehsalı məsələsini həll edirlər”.

O islahatların dördüncü erməni respublikasının əsasını qoyacağı ilə bağlı səsləndirilən iddialarla razı olmadığını bildirib: “Bu yanlış fikirdir. Bu konstitusiya respublikanın möhkəmləndirilməsinə yönəlməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR