Bank Of Baku

Tramp: Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 17 aprel 2025 22:31 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, bu həftə Rusiyadan Ukraynada atəşkəs təklifi ilə bağlı cavabı gözləyəcək.

APA "Unian"a istinadən xəbər verir ki, bu barədə Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə birlikdə Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

“Onlardan cavabı bu həftə eşidəcəyik. Əslində, çox tezliklə. Biz istəyirik ki, bu müharibə dayansın. Biz istəyirik ki, ölümlər və qətllər sona çatsın”, – deyə Tramp bildirib.

ABŞ lideri həmçinin onu da vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında gedən müharibədə hər həftə təxminən 2500 nəfər həlak olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR