ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün Türkiyəyə getməyəcək.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu açıqlama Vladimir Putinin Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləməsindən sonra gəlib.