Bank Of Baku

Tramp: Rusiya və Ukrayna dəniz atəşkəsi barədə razılığa gələcəklər

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 26 mart 2025 06:04 (UTC +04:00)

Rusiya və Ukrayna dəniz atəşkəsi barədə razılığa gələcəklər.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ukrayna danışıqları ilə bağlı danışarkən bildirib.

Tramp vurğulayıb ki, Ukrayna məsələsində çox irəliləyiş əldə edilib: “Rusiya və Ukrayna ilə dərin müzakirələr aparırıq və deyərdim ki, yaxşı gedir”.

Onun sözlərinə görə, Rusiya və Ukrayna dənizdə atəşkəs əldə etməyə hazırlaşır: “Rusiya və Ukrayna dənizdə atəşkəs əldə edəcəklər. Atəşkəsin monitorinqi prosesinə digər ölkələr də cəlb olunacaq”.

Tramp əlavə edib ki, ABŞ Rusiyanın sanksiyaların yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə baxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR