ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanını nəzərdən keçirdiyini bildirib.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
Amerika lideri əlavə məhdudiyyətlərin tətbiqi məsələsinin tam şəkildə gündəmdə olduğunu vurğulayıb.
Tramp, eyni zamanda, Rusiyanın Ukraynaya son kütləvi zərbələrindən narazılığını ifadə edib.