Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya oktyabrın 30-da Məkkə bölgəsində husilərin buraxdığı pilotsuz uçuş aparatının (PUA) ələ keçirilərək məhv edildiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, general Turki əl-Maliki məlumat verib.
Husilərin hərbi sözçüsü Yəhya Səriyə isə Səudiyyə Ərəbistanına qarşı həmin gün heç bir əməliyyat keçirmədiklərini deyərək koalisiyanın iddiasını təkzib edib.