Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxıb.
Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.