Bank Of Baku

Tramp Səudiyyə Ərəbistanından ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə yatırılmasına ümid edir

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 24 yanvar 2025 04:42 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə qoymağa razı olacağına ümid etdiyini bildirib.

APA xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

Tramp qeyd edib ki, bir sıra qəzetlər Səudiyyə Ərəbistanının Amerika iqtisadiyyatına ən azı 600 milyard dollar sərmayə yatırmaq planları barədə məlumat yayıb.

O, vəliəhd şahzadə Məhəmməd bin Salmana bu rəqəmin təxminən 1 trilyon dollara çatdırılmasını təklif edib.

"Düşünürəm ki, onlar bunu edəcəklər, çünki biz onlarla çox yaxşı rəftar edirik" - Tramp əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR