Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən imtahanlarda iştirakı nəzərdə tutulan 11553 nəfərdən 2769 nəfər imtahana gəlməyib.
Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.