Bank Of Baku

Tramp TikTokun ABŞ-də taleyini Çinlə müzakirə etmək niyyətində olduğunu bildirib

Tramp TikTokun ABŞ-də taleyini Çinlə müzakirə etmək niyyətində olduğunu bildirib
# 20 fevral 2025 07:37 (UTC +04:00)

ABŞ administrasiyası Çin höküməti ilə ölkədə TikTok sosial şəbəkəsi ətrafındakı vəziyyəti müzakirə edəcək.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Florida ştatından Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərlə söhbətində deyib.

“Bir çox insan TikTok-la maraqlanır və bizim yaxşı iş görmək şansımız var, biz Çinlə də danışacağıq. TikTok-u ayaqda saxlamaq və onu əla iş görəcək birinə satmaq əla olardı", - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-də TikTok-un bloklanmasının gecikdirilməsinin uzadıla biləcəyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR