Tramp: Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişə dair razılıq əldə olunub

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 24 mart 2025 21:33 (UTC +04:00)

ABŞ Ukrayna ilə mineral ehtiyatlara dair sazişlə bağlı razılığa gəlib.

APA “Clash Report” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Biz faydalı qazıntılarla bağlı müqavilə üzrə razılıq əldə etmişik. Sazişi tezliklə imzalayacağıq. İndi biz ərazi haqqında danışırıq”, - Ağ Ev rəhbəri deyib.

Bundan əlavə, Tramp qeyd edib ki, ABŞ və Ukrayna arasında elektrik stansiyasının mülkiyyəti ilə bağlı danışıqlar davam edir.

Söhbətin Zaporojye AES-dən getdiyi güman edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR