ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ehtimalına nikbin yanaşır.
Bu barədə "The Wall Street Journal" qəzeti Ağ Evdəki mənbəyə istinadən məlumat verib.
ABŞ rəsmisinin sözlərinə görə, Tramp və onun komandası münaqişənin sona çatmasında konstruktiv rol oynamağa və hər iki tərəflə əlaqə qurmağa hazırdır.
Mənbə onu da qeyd edib ki, Tramp sülh sazişinin perspektivlərinə nikbin yanaşır.