Bank Of Baku

Tramp Vaşinqton səmasında sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması barədə danışıb

Donald Tramp

© APA | Donald Tramp

# 30 yanvar 2025 09:52 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Vaşinqton səmasında sərnişin təyyarəsi ilə helikopterin toqquşması barədə danışıb.

APA xəbər ver ki, Tramp faciədən qaçmağın mümkün olduğunu vurğulayıb. O qeyd edib ki, “Black Hawk” hərbi helikopterinin ekipajı kursu dəyişməliydi, belə olan halda toqquşma baş verməzdi.

Qeyd edək ki, “American Airlines” aviaşirkətinə məxsus, Uiçito-Vaşinqton reysini yerinə yetirən “Bombardier CRJ700” tipli sərnişin təyyarəsi Vaşinqtonun Ronald Reyqan aeroportuna eniş etmək istəyərək ABŞ Quru Qoşunlarının “Sikorsky H-60” (“Black Hawk”) hərbi helikopteri ilə toqquşub.

Toqquşma nəticəsində partlayış baş verib, hər iki nəqliyyat vasitəsi Potomak çayına düşüb.

Təyyarədə 60 sərnişin, 4 ekipaj üzvü, helikopterdə 3 hərbçi olub.

Qəza nəticəsində ölənlərin olduğu bildirilir. Artıq 18 nəfərin meyiti Potomak çayından çıxarılıb.

Qəzadan sağ qurtulanlar da var.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Aeroportun fəaliyyəti dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR