Bank Of Baku

Çində baş verən daşqın nəticəsində 21 nəfər ölüb

Çində baş verən daşqın nəticəsində 21 nəfər ölüb
# 13 avqust 2021 10:30 (UTC +04:00)

Çinin Hubey əyalətində baş verən daşqın nəticəsində 21 nəfər həyatını itirib.

APA-nın məlumatına görə, bu barədə “Global Times” xəbər verir.

Məlumata görə, Lyulin şəhərində suyun səviyyəsi 5 metrə yüksəlib. Şəhərdə yağıntının miqdarı saatda 100 millimetri ötüb. Əyalətin meteorologiya xidmətindən verilən məlumata görə, güclü yağışlar 13 avqust qədər davam edəcək.

Qeyd edək ki, Hubeylə qonşu olan Henan əyalətində iyul ayında baş verən daşqınlar nəticəsində 302 nəfər ölüb, 50 nəfər itkin düşüb. Çjençjouda metro tunelini su basıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR