Bank Of Baku

Tramp Xamenei ilə görüşməyə hazırdır

Tramp Xamenei ilə görüşməyə hazırdır
# 25 aprel 2025 14:54 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Seyid Əli Xamenei və ya Prezident Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bildirib.

APA xəbər verir ki, o,
bu barədə “TIME”a müsahibəsində deyib.

Tramp İslam Respublikası ilə aparılan danışıqların uğursuzluğa düçar olacağı təqdirdə, müharibəyə şəxsən və könüllü şəkildə daxil ola biləcəyini bildirib. “Əgər razılaşma əldə olunmasa, buna mən özüm rəhbərlik edəcəm”, – Tramp vurğulayıb.

ABŞ Prezidenti həmçinin, İsrailin İslam Respublikasının nüvə obyektlərinə hücumu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, belə bir hücumun şərtlərini asanlaşdırmadığını və yekun qərarın İsrailin öhdəsində olduğunu qeyd edib.

O əlavə edib ki, insanların üzərinə bomba düşməsindənsə, razılığa gəlmək daha məqsədəuyğundur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR