Masallı sakini bibisi oğlunu döyərək öldürüb

Masallı sakini bibisi oğlunu döyərək öldürüb
# 19 sentyabr 2017 08:02 (UTC +04:00)

Masallı rayonunda ötən gün döyülən şəxs xəstəxanada ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Qızılağac kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Afiq Rafiq oğlu Allahverdiyev dayısı oğlu Vüsal Rüfət oğlu Hüseynov tərəfindən döyülüb. Ağır vəziyyətdə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A. Allahverdiyev orada dünyasını dəyişib.

Hadisəni törədən şəxs saxlanılıb. Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR