Bank Of Baku

Uitkoff ABŞ və İran arasında Romada keçirilən danışıqlardan sonra Qrossi ilə görüşüb

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff

© APA | ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff

# 19 aprel 2025 21:26 (UTC +04:00)

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Vaşinqton və Tehran arasında baş tutan ikinci danışıqlar raundundan sonra AEBA-nın baş direktoru Rafael Qrossi ilə görüşüb.

APA xəbər verir ki, bu barədə "Asharq" mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün Romada Oman vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqların ikinci raundu keçirilib.

Ötən həftədə olduğu kimi, amerikalı nümayəndə heyətinə Uitkoff, İran tərəfinə isə xarici işlər naziri Abbas Araqçi rəhbərlik edib.

Texniki səviyyədə aparılacaq məsləhətləşmələrdən sonra danışıqların üçüncü raundu aprelin 26-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR