Ukrayna və Amerika Birləşmiş Ştatları arasında yeraltı sərvətlərin işlənməsini nəzərdə tutan saziş imzalanmağa hazırdır.
APA xəbər verir ki, bu sözləri ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox Business” telekanalına açıqlamasında deyib.
O qeyd edib ki, sənəddə təkcə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenskinin imzaları qalıb. Sənəd fevralın 28-də imzalanmalıdır.
"Müqavilə tamamlanıb, kağız üzərindədir və Ukrayna hökuməti bunu təsdiqləyib. Sabah dövlət başçılarının onu imzalaması gözlənilir. Bu, faydalı qazıntılar, neft, qaz və infrastruktur aktivləri ilə bağlı sazişdir", - Bessent bildirib.