Bank Of Baku

Uolts: Ukrayna təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştlərinə gedə bilər

Uolts: Ukrayna təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştlərinə gedə bilər
# 02 mart 2025 20:47 (UTC +04:00)

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uots bildirib ki, Ukrayna münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların tərkib hissəsi kimi ərazi güzəştlərinə gedə bilər.

APA xəbər verir ki, Ağ Ev rəsmisi bu barədə “CNN”ə müsahibəsində bildirib.

“Bu, şübhəsiz ki, təhlükəsizlik zəmanətləri müqabilində hansısa ərazi güzəştləri olacaq. Bu, əvvəlki danışıqlarda müzakirə olunub. Zəmanətlər müvəqqəti yox, daimi olmalıdır və onlara Avropa rəhbərlik etməlidir”, - Uolts vurğulayıb.

Onun sözlərinə görə, Kiyev hələlik konkret təkliflərə hazır deyil və bu, Vaşinqtonda məyusluq yaradır.

Uolts həmçinin qeyd edib ki, Ukrayna NATO-ya üzv olmayacaq, çünki bu, avtomatik olaraq ABŞ-ni münaqişəyə cəlb edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR