YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna daha 270 min manat məbləğində ianə edəcək

YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna daha 270 min manat məbləğində ianə edəcək
# 23 mart 2020 15:42 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin, eləcə də partiyanın yerli strukturlarının əməkdaşlarının təşəbbüsü ilə onların 1 aylıq əmək haqqı - ümumilikdə 270 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediləcək.

Bu barədə APA-ya YAP mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə YAP Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürüb.

Beləliklə, YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə təxminən 500 min manat məbləğində yardım həyata keçirmiş olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR