Bu gün Bakıda Beynəlxalq Quşçuluq Forumu keçirilir - FOTOSESSİYA

Bu gün Bakıda Beynəlxalq Quşçuluq Forumu keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 05 avqust 2015 09:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Quşçuluq Forumu keçirilir.

APA-Economics”in məlumatına görə, Azərbaycanda son 15 ildə quşçuluq sahəsinin inkişafından danışan Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev maldarlıq, qoyunçuluq, quşçuluq və arıçılıq arasında quşçuluğun daha yüksək sürətlə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda Azərbaycan quş ətinə olan tələbatın 98%, yumurtaya olan tələbatın isə 100%-ni daxili istehsal hesabına ödəyir. “Sənaye quşçuluğunda illik istehsal 100 min ton təşkil edib. Quş əti istehsalı 2010-cu illə müqayisədə 1,5 dəfə, yumurta istehsalı isə 1,3 dəfə artıb”, - deyə o bildirib.

Quş əti istehsalının daxili tələbatı tam ödədiyini deyən Q. Əbdüləliyev bildirib ki, bu məhsulun xaricə ixrac imkanı da yaranıb. Onun sözlərinə görə, hazırda quş ətinin ixracı üçün xarici bazarlar axtarılır.

Kənd təsərrüfatı nazirliyinin rəsmisi bu sahənin əsas problemlərindən də söz açıb. O, quşçuluqda əsas çətinliklərdən birinin yem təchizatı ilə bağlı olduğunu deyib. Q.Əbdüləliyev qeyd edib ki, yem istehsalında problemlər mövcuddur.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Beynəlxalq Quşçuluq Şurası (BQŞ) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi ASK prezidenti Məmməd Musayev və BQF-nin sədri Sergey Şabayev imzalayıblar.

Sənəd əsasında gələcəkdə iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla, bu sahədə analitik məlumatların hazırlanması, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR