Rusiyanın artilleriya gəmiləri Azərbaycana gəlib - FOTO

Rusiyanın artilleriya gəmiləri Azərbaycana gəlib - <span style="color: red;">FOTO
# 13 avqust 2015 14:30 (UTC +04:00)

APA-nın Müdafiə Nazirlyinin saytına istinadən verdiyi məlumata görə, Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.

Nümayəndə heyəti, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirəcək, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR