Yataqxanadakı yanğında zəhərlənənlərdən daha biri evə buraxılıb

Yataqxanadakı yanğında zəhərlənənlərdən daha biri evə buraxılıb
# 07 mart 2019 12:57 (UTC +04:00)

Bakıda yataqxanada baş verən yanğında tüstüdən zəhərlənənlərdən daha biri evə buraxılıb.

ONA-nın məlumatına görə, Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğında tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilən 6 nəfərdən daha biri evə buraxılıb. Hazırda müalicəsi davam etdirilən - 1949-cu il təvəllüdlü Yasəmən Həsənova və 1959-cu il təvəllüdlü Afət Rafiqovanın vəziyyəti isə kafi qiymətləndirilir.

Qeyd edək ki, martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər. 6 nəfər isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR