Bu gün yerli vaxtla səhər saat 11.03 radələrində Monqolustanın qərbində, Çinlə sərhəddə 5,9 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Hələlik dağıntı və tələfat barədə məlumat daxil olmayıb.