Son 5 ildə Azərbaycanda 70 minə yaxın tibb işçisi sertifikasiyadan uğurla keçib

Son 5 ildə Azərbaycanda 70 minə yaxın tibb işçisi sertifikasiyadan uğurla keçib
# 30 avqust 2017 09:46 (UTC +04:00)

2011-ci ilin yanvarından Azərbaycanda ali tibb mütəxəssislərin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiyası aparılır.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyə Mütəxəssislərinin Sertifikasiya şöbəsinin müdiri Fariz Babayev bildirib ki, prosesin tətbiq olunduğu gündən indiyədək sertifikasiya mərhələsində 26339 nəfər qeydiyyatdan keçib.

Şöbə müdiri qeyd edib ki, bu il avqustun 1-dək 26229 (62%) ali (onlardan 421 nəfəri əczaçı) və 40 869 (54%) orta (onlardan 215 nəfəri əczaçı) tibb işçisinə Sertifikasiya Şəhadətnaməsi verilib.

O deyib ki, bu il imtahanlardan keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahan gəlməyənlər sertifikasiya prosesində iştirak edən mütəxəssislərin təxminən 14 %-ni təşkil edir: “Hazırda Tibb Kadrların Vahid Registrində 42 572 ali (onlardan 1668 nəfəri özəl klinikalarda çalışır) 75458 orta tibb işçisi (onlardan 1428 nəfəri özəl klinikalarda çalışır) qeydiyyatdan keçib. Qeydiyyatdan keçən və sertifikat alanların sayında olan fərqlərin açıqlanmasından ibarətdir ki, sosial məzuniyyətdə olan tibb işçiləri, hazırda işləməyən tibb işçiləri, eyni zamanda ali və orta tibb təhsili almış, lakin hazırda heç bir yerdə işləməyən məzunlar da registrdə qeydiyyatdadır. Naxçıvanda çalışan tibb işçiləri də vahid registrdə qeydiyyatdadırlar və sertifikasiya prosesi Naxçıvan Səhiyyə Nazirliyi tərəfindən aparılır. Nazirliyin elmi tədqiqat institutlarında çalışan, yalnız elmi işlə məşğul olan mütəxəssislər sertifikasiyaya cəlb edilmir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya Qaydası”na əsasən təhsilini təsdiq edən sənədin və ixtisasını qanunvericiliyə uyğun olaraq, dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədinin verildiyi gündən beş il müddətinə sertifikasiyadan keçmirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR