Belarus və Qırğızıstan prezidentləri İlham Əliyevə başsağlığı veriblər

Belarus və Qırğızıstan prezidentləri İlham Əliyevə başsağlığı veriblər
# 07 mart 2018 15:55 (UTC +04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər Belarus Respublikasında dərin kədərlə qarşılandı. Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov da prezident İlham Əliyevə başsağlığı verib: “Hörmətli İlham Heydər oğlu. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çox sayda insanın ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni ürəkdən kədərləndirib. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olduğumu bildirir, bu hadisə nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR