Parisdə avtomobilin restorana çırpılması nəticəsində xəsarət alanların sayı 12-yə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 8 nəfərin yaralandığı bildirilirdi.
Məlumata əsasən, yaralılardan 4-ün vəziyyəti ağırdır. İnsident zamanı yeniyetmə qızın öldüyü təsdiqlənib. Avtomobilin sürücüsü saxlanılıb. Onun bir neçə gün əvvəl intihara cəhd etdiyi bildirilir. Yerli polis hadisənin terror olmadığını qeyd edib.
***
00:52
Paris yaxınlığında BMW markalı minik avtomobili restorana çırpılıb.
APA-nın məlumatına görə, bu barədə BFM TV telekanalı xəbər verib.
Hadisə nəticəsində səkkiz yaşlı qız ölüb, daha 8 nəfər xəsarət alıb. Onlardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Sürücü saxlanlıb. İlkin ehtimala əsasən, o, qəsdən avtomobili restorana çırpıb. Hadisənin terror aktı olub-olmaması hələlik məlum deyil.