SOCAR Supsa limanından xam neftin ixracını 5% artırıb

SOCAR Supsa limanından xam neftin ixracını 5% artırıb
# 01 sentyabr 2015 14:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin avqust ayında Supsa limanından 254 422 ton xam neft ixrac edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin avqust ayı ilə müqayisədə 5,10% çoxdur.

Bu ilin səkkiz ayı ərzində Supsa limanından 1 864 059 ton xam neft ixrac edilib ki, bu da 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 8,14% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR