Avropa Oyunlarının bağlanış günü Bakının bağlı olacaq küçə və prospektləri açıqlanıb - VİDEO

Avropa Oyunlarının bağlanış günü Bakının bağlı olacaq küçə və prospektləri açıqlanıb - <span style="color: red;">VİDEO
# 24 iyun 2015 08:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İyunun 28-də I Avropa Oyunlarının bağlanış mərasimi günü Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, aşağıda qeyd olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16:00-dan gecə saat 02:00-a qədər məhdudlaşdırılacaq:

- Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi;

- Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi.

Bağlanış mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.

Belə ki, iyunun 28-i metro səhər saat 06:00-dan gecə saat 02:00-a qədər və “Ekspres avtobuslar” səhər saat 05:00-dan gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR