Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB - VİDEO

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB  - VİDEO
# 22 may 2025 09:14 (UTC +04:00)

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs salxanılıb.

APA xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Şübhəli şəxsin atəş açan zaman "Azad Fələstin" şüarı səsləndirdiyi bildirilib.

ABŞ Baş prokuroru Pem Bondinin hadisə yerinə getdiyi vurğulanıb.

***

07:56

ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.

APA xəbər verir ki, bu barədə "CBS News" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

İnsident yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə cümə axşamı 05:15) baş verib.

Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR