Bank Of Baku

Venesuelada daşqın nəticəsində ölənlərin sayı 39-a çatıb

Venesuelada daşqın nəticəsində ölənlərin sayı 39-a çatıb
# 12 oktyabr 2022 03:18 (UTC +04:00)

Venesuelanın şimalındakı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 39 nəfər ölüb, 56 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə prezident Nikolas Maduro “Venezolana de TV” televizya kanalına müsahibə verərəkən bildirib.

“Artıq 39 nəfərin cəsədi tapılıb. Dünyasını dəyişənlərə görə, Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Həmçinin xeyli sayda itkin var - 56 nəfər”, - deyə o efirdə çıxışı zamanı bildirib.

Maduronun sözlərinə görə, xilasedicilər fəlakət bölgəsində gecə-gündüz işləyirlər.

Xatırladaq ki, oktyabrın 8-də Las Tejerias şəhərində güclü yağış torpaq sürüşməsi və daşqına səbəb olub.

Ölkədə insanların ölümü ilə əlaqədar 3 günlük matəm elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR