Bank Of Baku

Venesuelada zəlzələdə ölənlərin sayı 600-ə çatıb, 3000-ə yaxın yaralı var - VİDEO - YENİLƏNİB-4

Venesuelada zəlzələdə ölənlərin sayı 600-ə çatıb, 3000-ə yaxın yaralı var - VİDEO  - YENİLƏNİB-4
# 26 iyun 2026 16:47 (UTC +04:00)

Venesuelada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 589 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bildirib.

Delsi Rodriqes qeyd edib ki, zəlzələ nəticəsində xəsarət alanların sayı isə 2980 nəfərdir.

***

09:42

Venesuelada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb.

“Sky News” xəbər verir ki, bu barədə Venesuelanın səhiyyə naziri Karlos Alvarado bildirib.

Təxminən 36 min nəfərin itkin düşdüyü qeyd olunub.

ABŞ Dəniz Piyadaları Korpusunun general-mayoru Kevin C. Cerrad ABŞ ordusunun zəlzələdən zərərçəkənlərə yardım əməliyyatlarına dəstəyini idarə və koordinasiya etmək məqsədilə Venesuelanın paytaxtı Karakasa gedib.

Salvadordan 200-ə qədər xilasedici də axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Venesuelaya yola düşüb.

***

25 iyun

Venesuelada baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin sayı 188 nəfərə çatıb, 1 520 nəfər yaralanıb.

Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriqes "VTV"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda 157 nəfər itkin düşmüş hesab olunur.

"Bu ana olan məlumata görə, zəlzələ nəticəsində 188 nəfər ölüb, 1 520 yaralı xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir", - deyə Rodriqes bildirib.

Parlament sədri qeyd edib ki, 200-dən çox insanın dağıntılar altında qaldığı ehtimal olunur və xilasedicilər onların xilas edilməsi üçün zamanla yarışırlar.



***
14:37

Venesuelada baş vermiş zəlzələdə ölənlərin sayı 164 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 971 nəfərdir.

***

09:17

Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez deyib.

Məlumata görə, təbii fəlakət nəticəsində 700 nəfər xəsarət alıb.

Xeyli insanın itkin düşdüyü bildirilir.

***

06.27

Yaponiya və Venesuela sahillərində bir-birindən bir neçə dəqiqəlik fasilə ilə iki güclü zəlzələ baş verib.

APA Xəbər verir ki, zəlzələlər nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.

Məlumata görə Venesuela sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Moron şəhəri yaxınlığında, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib. Azı bir neçə hündürmərtəbəli yaşayış binasının qismən dağıldığı bildirilib.

Reuters”-in Delsi Rodrigezə istinadən verdiyi məlumata görə, Venesuela hakimiyyəti zəlzələdən sonra fövqəladə vəziyyət elan edib.

Rodrigez, həmçinin Karakasın Mayketiya Beynəlxalq Hava Limanının ziyana görə bağlandığını açıqlayıb.

Zəlzələdən sonra hakimiyyət orqanları Puerto-Riko və ABŞ Virgin adaları üçün sunami xəbərdarlığı verib.

Demək olar ki, eyni vaxtda Yaponiyanın İvate prefekturası sahillərində də 6,9 bal gücündə zəlzələ baş verib. Zəlzələlər Sakit Okeanda qeydə alınıb və bu da Yaponiya hakimiyyətini sunami xəbərdarlığı verməyə və potensial təsirləri izləməyə vadar edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR