“Avropa ölkələri onilliklər ərzində ABŞ tibbi innovasiyalarının bəhrələrindən faydalanıb, eyni zamanda ABŞ vətəndaşları dərmanlara artıq pul ödəyib”.
APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
Şimali Karolina ştatında tərəfdarları qarşısında çıxış edən Vens mövcud dərman qiymətləri sisteminin uzun müddət amerikalıları əlverişsiz vəziyyətdə qoyduğunu vurğulayıb.
“Yadınıza salın: nənə və babalarımız, valideynlərimiz və özümüz uzun müddət dərmanlara həddindən artıq yüksək qiymətlər ödəmişik, Avropa ölkələri isə ABŞ-da yaradılan innovasiyalardan pulsuz faydalanıblar”, – deyə Vens bildirib.