Əsas valyuta ehtiyatı kimi ABŞ dollarının etibarına ciddi zərbə dəyib.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin regionlara dəstək tədbirləri ilə bağlı keçirilən iclasda bildirib.
“Bütün qlobal iqtisadiyyata və ticarətə, əsas valyuta ehtiyatı kimi ABŞ dollarının etibarına ciddi zərbə vurulub”, deyə Putin vurğulayıb.
Rusiya prezidenti, həmçinin deyib ki, Qərb özü “qlobal inflyasiya spiralını dağıdıb” və bu, qlobal yoxsulluğun artmasına və qaçqın axınına gətirib çıxarıb.