Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
# 29 iyun 2015 13:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyulun 25-dən 31-dək Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - İtaliya simfonik Orkestri, “Moskva virtuozları” Kamera Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı, “Flamenko” ansamblı, “Dubrovnik Guitar Trio”, Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR