Bank Of Baku

"Washington Post": ABŞ komandanı Pentaqonu İsrailin müdafiəsi ilə bağlı xəbərdar edib

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri general Aleksus Qrinkeviç

© APA | ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri general Aleksus Qrinkeviç

# 01 avqust 2026 17:33 (UTC +04:00)

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) rəhbəri general Aleksus Qrinkeviç Pentaqona yazılı xəbərdarlıq göndərərək əlavə hərbi gəmi ayrılmayacağı təqdirdə İsraili və ya ABŞ ərazisini müdafiə etmək arasında seçim etməli olacağını bildirib.

APA xəbər verir ki, bu barədə "The Washington Post" adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, Qrinkeviç əlavə bir Hərbi Dəniz Qüvvələri esminesinin ayrılmasını istəyib. O, əks halda mövcud qüvvələrin həm İsrailin hava hücumundan müdafiəsini, həm də ABŞ ərazisinin təhlükəsizliyini eyni vaxtda təmin etmək üçün kifayət etməyəcəyini qeyd edib.

Nəşr bildirir ki, ABŞ-ın Avropa Komandanlığı Aralıq dənizindəki əməliyyatları əlaqələndirir. Burada yerləşdirilən ABŞ hərbi gəmiləri İran və İranın dəstəklədiyi Yəməndəki husilər tərəfindən İsrail istiqamətində buraxılan raket və pilotsuz uçuş aparatlarının vurulmasında iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR