BMT-nin Baş katibi Somalidəki terror hücumunu pisləyib

BMT-nin Baş katibi Somalidəki terror hücumunu pisləyib
# 28 dekabr 2019 23:59 (UTC +04:00)

BMT-nin Baş katibi Antonio Quterreş Somalidəki terror hücumunu sərt şəkildə qınayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrikin verdiyi açıqlamada deyilir.

“Baş katib 28 dekabrda Moqadişoda baş verən terror hücumunu qətiyyətlə pisləyir”, - deyə Düjarrik bildirib.

Onun sözlərinə görə, Baş katib hücumun günahkarlarının məsuliyyətə cəlb olunması ilə bağlı çağırış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR