Bakı-APA. ABŞ-ın Merion şəhərində (İndiana ştatı) yerləşən “General Motors” zavodunda partlayış olub, nəticədə 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə WISH-TV telekanalı məlumat yayıb.
Zavodun nümayəndəsinin sözlərinə görə, insident dioksid xlorun partlaması nəticəsində baş verib.
Zavodun bütün heyəti ərazidən evakuasiya olunub.