Bank Of Baku

Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub

Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
# 15 noyabr 2026 06:26 (UTC +04:00)

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası ölkənin şərq bölgəsində iki pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Səudiyyə Ərəbistanının şərq bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib”, – ilkin açıqlamada bildirilib.

Daha sonra koalisiya eyni bölgədə ikinci pilotsuz uçuş aparatının da vurulduğunu açıqlayıb.

PUA-ların haradan buraxıldığı, hansı istiqamətdə hərəkət etdiyi və mümkün hədəfləri barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR