“НР” şirkətinin RF üzrə bölməsi rusiyalı məmurlara rüşvət verdiklərinə görə 58 mln dollar cərimələnib

“НР” şirkətinin RF üzrə bölməsi rusiyalı məmurlara rüşvət verdiklərinə görə 58 mln dollar  cərimələnib
# 12 sentyabr 2014 04:49 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında bildirilib.

Kaliforniyada keçirilən məhkəmə iclası zamanı “НР” şirkətinin nümayəndələri təqsirli olduqlarını etiraf ediblər.

İttihama əsasən, şirkətin Rusiya filialının menecerləri gizli fond yaradıblar. Bu fonddan rusiyalı məmurlara verilən rüşvətlər hesabına şirkət 35 mln avro dəyərində sərfəli kontrakt əldə edə bilib.

Dinləmələrin yekununda şirkət 58,7 mln dollar məbləğində cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR