Bank Of Baku

ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləri arasında görüş keçirilib

 ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləri arasında görüş keçirilib
# 22 sentyabr 2014 09:58 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. ABŞ dövlət katibi Con Kerri İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

 

APA - nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Nyu-Yorkda baş tutub.

 

Diplomatlar İranın nüvə proqramı ilə əlaqədar İran və G5+1 qrupu arasında keçirilən görüşü müzakirə ediblər.

Görüş zamanı həmçinin bölgədəki İŞİD təhlükəsi ətrafında fikir mübadiləsi aparılıb.

 

İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri ehtiyac olduğu halda bu həftə ərzində təkrar bir araya gələcəkləri barədə razılığa gəliblər.

 

Xatırladaq ki, ötən həftə BMT Baş Assambleyasının toplantısında çıxış edən C. Kerri İŞİD-lə mübarizədə hər bir ölkənin rol oynadığnı önə çəkərək, İranın üzərinə də müəyyən öhdəliklərin düşdüyünü qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR