Bakı-APA. Kosta-Rika sahillərində 4 dəqiqə intervalla 5 bal gücündə iki zəlzələ baş verib.
APA-nın Mayak radiosuna istinadən verdi xəbərə görə, bu barədə məlumatı ABŞ-ın Geoloji xidməti yayıb.
Zəlzələnin episentri paytaxt San-Xose şəhərindən 95 km cənubda qeydə alınıb.
Tələfat və dağıntılar barədə xəbər verilmir.
Qeyd edək ki, Kosta-Rika mərkəzi Amerikanın seysmik aktiv zonasında yerləşir.