Bakı-APA. Nyu-Yorkda McDonald's, Burger King, KFC və digər “fast food” restoran şəbəkələrinin işçiləri etiraz aksiyası keçiriblər.
APA-nın verdiyi xəbərə görə, etirazçılar bir saat əmək haqlarını 15 dollara qədər artırmağı tələb edirlər.
Aksiyanı “Nyu-Yorkun Dəyişiklər Uğrunda Cəmiyyəti” təşkil edib.
Bu gün Nyu-Yorkun “fast food” restoran şəbəkələrinin işçiləri bir günlük xəbərdarlıq tətili keçirməyi planlaşdırırlar.
McDonald's restoranın administrasiyası bildirib ki, əmək haqqın iki dəfə qaldırılması məhsulun əhəmiyyətli dərəcədə bahalaşmasına gətirib çıxaracaq.