Bank Of Baku

ABŞ-da beş uşaq atası olan mühacir lotereyada 338 milyon dollar udub

ABŞ-da beş uşaq atası olan mühacir lotereyada 338 milyon dollar udub
# 26 mart 2013 09:44 (UTC +04:00)

APA-nın məlumatına görə, şərab mağazasında Powerball lotereya bileti alan 44 yaşlı Kesada  17, 29, 31, 52, 53 və 31 rəqəmlərindən ibarət uduşlu kombinasiyanı tapmağa müvəffəq olub. Vergiləri ödədikdən sonra dominikanlı mühacir 152 milyon dolların sahibi olacaq.

 

Qeyd edək ki, Powerball lotereyasında cek-potu udmaq ehtimalı 1/175 milyona olan nisbətindədir. Kesada bu lotereyanın tarixində ən böyük uduşa sahib olan 4-cü şəxsdir. Lotereyanı keçirən şirkət 2006-cı ildə cek-potu udmuş şəxsə 365 milyon dollar ödəyib. Ötən il isə 579,9 milyon dollar miqdarında rekord uduş qeydə alınıb, lakin uduş iki nəfər arasında bölünüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR