Bank Of Baku

ABŞ-da iki uşaq qətlə yetirilib, daha bir uşaq və qadın yaralanıb

ABŞ-da iki uşaq qətlə yetirilib, daha bir uşaq və qadın yaralanıb
# 20 noyabr 2014 21:15 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident Tabernakl şəhərində baş verib. Hadisə yerinə cəlb olunmuş polis burada iki uşağın (oğlan və qız) meyitini aşkarlayıb.  Güllə yaraları almış daha bir uşaq və qadın xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

 

“ABC” telekanalının şahidlərə istinadən verdiyi  məlumata görə, faciənin baş verdiyi evdə iki ailə yaşayıb. Bir ailə iki valideyn və iki uşaqdan, digəri isə qadın və iki uşaqdan ibarət olub. Bəzi məlumatlara görə, evdə yaşayan qadınlardan biri intihara cəhd edib.  

 

Hazırda insidentin təfərrüatları dəqiqləşdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR