Bakı-APA. Son 4 ildə ilk dəfə olaraq ABŞ-da işsizliyin səviyyəsi rekord səviyyəyə düşüb.
Noyabr ayında ABŞ-da təxminən 150 min yeni iş yeri yaradılıb. Nəticədə işsizliyin səviyyəsi 7,9%-dən 7,7%-ə düşüb.
Ekspertlər «Sendi» qasırğasına görə işsizlik səviyyəsinin artacağını proqnozlaşdırırdılar. Məhz bu səbəbdən hazırkı göstərici çoxlarını təəccübləndirib.