Bank Of Baku

ABŞ-da kollecə silahlı basqın olub, yaralılar olduğu bildirilir

ABŞ-da kollecə silahlı basqın olub, yaralılar olduğu bildirilir
# 22 yanvar 2013 21:28 (UTC +04:00)

 

Bakı-APA. Naməlum şəxs ABŞ-ın Texas şəhərində kolleclərdən birində atışma törədib, nəticədə ən azı iki nəfərin yaralandığı bildirilir. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” “AFP”-ə istinadən xəbər verir.   

 

Məlumatda bildirilir ki, insident Hyuston şəhərinin yaxınlığında, “Lone Star College” kollecinin kampusunda baş verib.  Yerli telekanalların məlumatına görə, atışma nəticəsində ən azı bir nəfər xəstəxanaya aparılıb, bir nəfər isə saxlanılıb. Hələlik hadisənin təfərrüatları məlum deyil

 

Polis hələlik insidentlə bağlı heç bir şərh vermir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR