Bakı-APA. ABŞ-ın Kolorado ştatının Avrora şəhərində silahlı şəxs üç nəfəri girov götürüb. APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, evin içində barrikada qurmuş cinayətkarla danışıqlar nəticə verməyib.
Binaya daxil olan polislər silahlı şəxsi güllələyiblər. Evə daxil olmuş polislər girov götürülmüş şəxsləri artıq öldürülmüş aşkar ediblər.
Polis baş vermiş insidentlə bağlı hələlik rəsmi məlumat verməyib.
Xatırladaq ki, bundan əvvəl, 2012-ci ilin iyulun 20-də Avrora şəhərində “Qara cəngavərin qayıdışı” filminin premyerası zamanı kütləvi qətl baş vermişdi. Avtomat və iki tapança ilə silahlanmış Ceyms Holms kinoteatra daxil olub və gözyaşardıcı qazdan istifadə edərək, tamaşaçılara atəş açmışdı Hadisə nəticəsində 12 nəfər həlak olmuş, 58 nəfər yaralanmışdı.